Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

“Üçüncü dünya” ölkələrində artan mobil bankçılıq

Son zamanlar mobil bankçılıq xidmətləri “üçüncü dünya” ölkələri arasında da gündən-günə daha çox tanınır.  İnkişaf etmiş ölkələrdə insanların çoxu hazırda gündəlik olaraq mobil bankçılıqdan rahatlıqla istifadə etdiyi halda, üçüncü dünya ölkələrində isə mobil bank hesabları təzəlikcə yaranmağa başlayır. İlk öncə, mobil bankçılığın əsas məqsədi nədir? Qısacası, bir şəxs digərinə dərhal pul göndərmək istəyirsə, mobil bank vasitəsilə alıcının mobil telefonuna həmin məbləği onlayn şəkildə köçürür. Halbuki inkişaf etmiş ölkələrdə yaşayan insanlar üçün bu, gündəlik həyat tərzinin bir hissəsidir, inkişaf etməkdə olan ölkələrdə insanların az hissəsinin bu xidmətə rahat çıxışı var.

Buna baxmayaraq, artıq üçüncü dünya ölkələrində mobil bankçılıq xidmətlərindən istifadə sahəsində kifayət qədər nümunələr var. Məsələn, götürək Tanzaniya ölkəsini. Oradakı xəstəxanalar öz qadın işçilərinə pul köçürürlər ki, həmin işçilər xəstəxanaya gələrkən avtobusun gediş haqqını ödəyə bilsinlər. Və yaxud Əfqanıstanda hökumət polis işçilərinə aylıq maaşları mobil bank vasitəsilə ödəyir. Eynilə, Şərqi Afrikada qəhvə plantasiyalarının işçiləri də öz maaşlarını mobil bank vasitəsilə qəbul etmək imkanına malikdirlər.

Bu ölkələrdə mobil bankçılıq əksər hallarda bankların çox olduğu yerlərdə yox, əksər insanların mobil telefona sahib olduqları yerdə inkişaf edib. Statistikaya nəzər yetirsək, Cənubi Amerikada əhalinin 90%-ində mobil telefon mövcuddur, halbuki cəmi 35%-nin bank hesabı var.

İnkişaf etməmiş ölkələrdə mobil bankçılıq xidmətlərini inkişaf etdirmək üçün bəzi mobil telefon şirkətləri bank xidmətlərini də öz üzərinə götürür. Misal üçün, bir çox Afrika ölkələrində (Keniya və Tanzaniya ölkələri də daxil olmaqla) Vodaphone mobil operatoru ölkədaxili və ya xaricə pul göndərən insanlar üçün bank xidmətlərini yerinə yetirir. Bundan əlavə, Pakistanda da Norveçin Telenor mobil operatoru insanlara mobil bankçılıq xidmətləri təqdim edir. Belə ki, sözügedən operatorun köməyi ilə vətəndaşlar təxminən 11.000 mağazada pul çıxara bilirlər. Pul köçürmələri 120$ ilə məhdudlaşır, bu məbləğin 5%-ni Telenor mobil operatoru öz üzərinə götürür.

İnkişaf etməmiş ölkələrdə mobil bankçılıq müştərilərinin sayında son zamanlar xeyli artım görünür. Həmin müştərilərin 80%-dən çoxu Afrika, Asiya və Latın Amerikasında yaşayan əhalidir. Getdikcə daha çox Amerika və Avropa əhalisinin smartfon aldığı təqdirdə, mobil bankçılıq xidmətlərinin də inkişafı gözlənilir.

çoxfunksiyalı mobil əlavə